Çörəyin qiyməti 5 manata qalxdı - Türkmənistanda böhran dərinləşir
12
fev
2019
21:13
Türkmənistanda iqtisadi böhran getdikcə dərinləşir. Buna uyğun olaraq, əhalinin sosial vəziyyəti də ağırlaşır.Bizimyol.info xəbər verir ki, paytaxt Aşqabadda təndir çörəyini 5 manata satırlar. Düzdür, söhbət Türkmənistan manatından gedir. Amma bizim pula çevirəndə də yetərincə böyük rəqəm alınır. 5 Türkmənistan manatı təxminən 2,43 Azərbaycan manatına bərabərdir. Başqa sözlə, bizdəki qiymətdən beş dəfə baha…Türkmənistan hökuməti qiyməti süni yolla aşağı salmağa çalışır. Məsələn, Aşqabaddakı “Teke” və “Alemqoşar” bazarlarında müdiriyyət təndir çörəyini 1 manatdan baha satmamaqla bağlı xəbərdarlıq yapışdırıb. Satıcılar deyir ki, 1 manata çörək satmaq mümkün deyil. Çünki keyfiyyətli sayılan Rusiya ununun kiloqramı 12 manatdır. Ən yaxşı halda təndir çörəyini 2 manata satmaq olar. Onda da keyfiyyətsiz yerli undan istifadə etməklə… Hələ üstəlik, gündə 3 manat yer pulu vermək lazımdır.Alıcıların bəzisi çörəyi baha qiymətə görən kimi bazar rəhbərliyinə şikayət edir. Buna görə bazardakı çörək mağazalarının tən yarısı bağlanıb.Türkmənistan hökuməti başqa məhsullara münasibətdə də bu inzibati siyasəti yürüdür. Amma satıcıları ucuz qiymətə məcbur etmək effektiv deyil.Türkmənistanda dövlət mağazaları da var və adətən, orada qiymətlər bir az aşağı olur. Amma o mağazalara böyük növbələr üzündən yaxın düşmək asan deyil.BAKU.WS
Oxşar xəbərlər
Marketlərdə 10 manata çörək satılır - VİDEO
Marketlərdə 10 manata çörək satılır. Qarğıdalı və kartof unundan hazırlanan -qlütensiz çörəyin digər çörəklərlə müqayisədə belə baha olmasının səbəbi nədir?Adi...