Corc Buşu şoka salan foto: Tək bildiyim odur ki, sağ çıxmışam - VİDEO
ABŞ-nin keçmiş prezidenti Corc Buş 17 il əvvəl çəkilmiş və onun Yevgeni Priqojinlə birlikdə təsvirinin olduğu fotonu görəndə şoka düşüb.
Jurnalistlər ABŞ-nin keçmiş prezidentinə Priqojinin ölümünün onu nə dərəcədə təəəcübləndirdiyini soruşublar.
“Məni şoka salan odur ki, Sankt-Peterburqda keçirilən G8 sammitindən ötən gün fotoşəkil gördüm. Orada Priqojin mənə yemək verən oğlan idi. Tək bildiyim odur ki, sağ çıxdım”, – deyə kiçik Buş bildirib.
Qeyd edək ki, şəkil 2006-cı ildə Sankt-Peterburqda çəkilib. Priqojin Putinlə şam yeməyi zamanı Buş və onun həyat yoldaşına xidmət edib.
Oxşar xəbərlər
“Vaqner” rəhbərinin ölümündən sonra əmlak və varidatı açıqlanıb
Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb. “Report...