COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib - FOTO
COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qırğızıstanlı nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib.
Bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.
“COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-dan əvvəl Qırğız Respublikasından olan nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini və iqlimlə bağlı tədbirlərə ehtiyacı müzakirə edib”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.
Qalereya
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...