Cina Lollobricida 95 yaşında vəfat etdi - FOTO

Cina Lollobricida 95 yaşında vəfat etdi - FOTO
Foto
Siyasət 169

İtaliyalı aktrisa Cina Lollobricida vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, məşhur 95 yaşında dünyasını dəyişib.

60 filmdə rol alan Cina Lollobricida 1927-ci ildə İtaliyada doğulub.

Aktrisa ilk dəfə kinoda 1946-cı ildə debüt edib. Cina 1997-ci ilə qədər bir çox ekran işində çəkilib.

O, 1947-ci ildə Miss İtaliya gözəllik müsabiqəsində üçüncü yerə sahib olub. Aktrisanı məşhurlaşdıran "Fanfan-Tyulpan" filmindəki Adeline obrazı olub. Bu ekran işinin rejissoru Kristian Jakdır.

Bundan başqa Cina Lollobricida "Bir gecəlik gəlin" və "Dünyanın ən gözəl qadını" adlı ekran əsərlərində də çəkilib. Cina "Notr-Dam kilsəsi" filmindəki Esmeralda obrazı ilə dünya şöhrəti qazanıb.

Son xəbərlər