Çin İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyə görə Azərbaycana təşəkkürünü bildirib.
BAKU.WS report-a istinadn xəbər verir ki, bu barədə bu gün brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) bəyan edib.
"ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Buna görə onların hamısına səmimi minnətdarlığımızı bildiririk", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 21-də 740-dan çox Çin vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.
Oxşar xəbərlər
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik...