Çinin mülki aviasiya idarəsi biletləri cəriməsiz geri qaytarmağı tələb edir
Çinin mülki aviasiya idarəsi yeni koronavirusun yayılması ilə bağlı aviaşirkətlərin və agentlərin üzərinə biletlərini geri qaytarmaq istəyən bütün sərnişinlərdən cərimə tutmamaq öhdəliyi qoyub.
BAKU.WS xəbər verir ki, idarənin yaydığı məlumatda bu qaydanın yanvarın 24-də saat 00:00-dan başlayaraq tətbiq olunacağı bildirilir. Həmçinin China Railway korporasiyası elan edib ki, koronavirusun yayılması səbəbindən sərnişinlər əvvəlcədən alınmış biletləri əlavə pul ödəmədən geri qaytara bilərlər.
Çinin hakimiyyət orqanlarının məlumatına görə, Ay təqvimi üzrə bu il yanvarın 25-nə keçən gecəyə təsadüf edən Yeni il tətili zamanı ölkə sakinləri 3 milyarda yaxın səfər edirlər. Yeni il tətili dövrü Çində həm ölkə daxilində, həm də xaricə kütləvi gediş-gəlişlə müşayiət olunur. Milyonlarla çinli Yeni ili ailə əhatəsində qarşılamaq üçün doğma şəhərlərə qayıdır.
Çində Yeni il səfərləri mövsümü dünyada ən böyük miqrasiya hadisəsi hesab olunur və 40 gün çəkir. Lakin hakimiyyət orqanları kütləvi səfərlərin ölkədə koronavirusun yeni tipinin baş qaldırması və yayılması ilə bağlı vəziyyəti gərginləşdirə biləcəyindən ehtiyatlanır və insan axını hərəkətinin azaldılması üçün tədbirlər görür.
Oxşar xəbərlər
Çində koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı 18 nəfərə çatıb
Çində yeni növ koronovirusa yoluxanların sayı 644-ə çatıb. BAKU.WS-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin regionlarının gigiyena və sağlamlıq...