Çində 700-dən çox insan koronavirusdan sağalıb
Son gün ərzində Çində koronavirusdan üç nəfər dünyasını dəyişib.
BAKU.WS “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Məlumata görə, virusa yoluxanların sayı 39 nəfər artıb, daha 730 nəfər sağalıb.
Komitə bildirib ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 80 900 nəfərə çatıb, onlardan 71 000 nəfəri sağalıb, 3 248 nəfər ölüb.
Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib.
Mütəxəssislər xəstəliktörədicinin koronavirus olduğunu müəyyənləşdiriblər. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.
Oxşar xəbərlər
İranda koronavirusdan ölənlərin sayı 1 000-ə yaxınlaşdı
İranda daha 125 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiya...