Çad ordusu fransız əsgərlərini sıraya qoydu - VİDEO

Çad ordusu fransız əsgərlərini sıraya qoydu - VİDEO
Video
Siyasət 145

Çad ordusunun əsgərləri silah və texnikasını aldıqları 5 fransız hərbçini sıraya qoyub.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Çad ordusu bunu fransız hərbçilərin icazəsi olmadan Sudan sərhədindəki "Adre" hərbi bazasına zirehli maşınla girmək istəməsi ilə əlaqələndirib.

Görüntülərdə çadlı yüksəkrütbəli hərbçinin telefonla danışaraq, "Bazaya icazəsiz daxil olan və mandatı olmayan fransız əsgərlərini saxlayıb silahlarını götürdüm", - deməsi öz əksini tapıb.

Fransa ordusunun sözçüsü Pierre Qaudilyer hadisə ilə bağlı bildirib ki, görüntülər 8 iyunda Çadın şərqindəki Abeçe bölgəsində asfalt yolu olmayan ərazidə kəşfiyyat aparan zaman qeydə alınıb.

Fransız əsgərlərinin bu missiya üçün Çad hərbi və mülki orqanlarından icazə aldığını deyən Qaudilyer, əsgərlərin növbətçilik əsnasında patrul tərəfindən dayandırıldığını və sənədlərinin yoxlanıldığını vurğulayıb: "Bu, olduqca aqressiv şəkildə icra edilib".

O, fransız əsgərlərin lazımi icazələrə sahib olması səbəbindən vəziyyətin dərhal həll edildiyini də əlavə edib.

Son xəbərlər