İsrail Türkiyədəki zəlzələdən zərərçəkmişlərə yardım üçün hərbçilər göndərir
06
fev
2023
15:30
İsrail müdafiə ordusu (ÇAXAL) Türkiyədəki zəlzələdən zərərçəkmişlərə yardım üçün hərbçilər göndərir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Aviçay Adre “Twitter“də bildirib.
“İsrail Silahlı Qüvvələrinin (ÇAXAL) əsgərləri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmişlərin xilas edilməsinə yardım üçün yola düşməyə hazırlaşır. İsrail Baş naziri və müdafiə naziri yardım missiyasını təsdiq etdikdən sonra hazırlıq prosesləri başlanıb”, – Adre qeyd edib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...