Ceyhun Bayramov: "Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəli yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.
Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.
Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.
Oxşar xəbərlər
İranlı nazir: Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq
İran-Azərbaycan sərhədində, Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq. "Report" IRNA-ya istinadən xəbər verir ki, bu...