Cevdet Yılmaz və Hakan Fidan Rəisinin dəfn mərasimi üçün İrana gedir

Cevdet Yılmaz və Hakan Fidan Rəisinin dəfn mərasimi üçün İrana gedir
Siyasət 77

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz və Xarici işlər naziri Hakan Fidan sabah İranın paytaxtı Tehrana gedir.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, onlar Tehranda İran prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian üçün keçiriləcək dəfn mərasimində iştirak edəcəklər.

Xatırladaq ki, mayın 19-da Xudafərindən Təbrizə uçan helikopterdə İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın ali dini liderinin Təbrizdəki nümayəndəsi Məhəmməd Əli Haşimi və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti olub. Helikopterin sərt eniş etməsi nəticəsində İran prezidenti və onu müşayiət edən bütün heyət həlak olub.

Son xəbərlər