CCTV Tiencində dövlət və hökumət başçılarının xanımlarının gəmi gəzintisi barədə reportaj yayımlayıb
Çin Mərkəzi Televiziyası - CCTV sentyabrın 1-də Tiencin şəhərində "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın Sammitin iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencin şəhərində çayda gəzintiyə dəvət etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, gəmi gəzintisi zamanı qonaqlar Tiencinin tarixi və inkişafı barədə ətraflı məlumat əldə ediblər.
Reportajda Pen Liyuanın və qonaqların sahil mənzərələrinə tamaşa etdikləri, ənənəvi üçsimli musiqi alətinin ifasını dinlədikləri, səmimi söhbətlər apardıqları və göyərtədə xatirə şəkli çəkdirdikləri xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, qonaqlar Çinin ənənəvi mədəniyyətini və müasir inkişafını yüksək qiymətləndiriblər.
Oxşar xəbərlər
Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib
Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Bu barədə BAKU...