Cəbhədə təxribat: Ordumuzdan düşmənə sərt cavab (RƏSMİ)
06
apr
2017
15:51
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
BAKU.WS
Oxşar xəbərlər
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə: düşmən itkiləri açıqladı
Cəbhədə ötən gün vəziyyət gərginləşib. BAKU.WS-in məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 milli...