“Caliber” Qarabağ ətrafında son günlər cərəyan edən prosesləri təhlil etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq bir neçə gündür ki, erməni auditoriyası qəzəbdən özünə gələ bilmir, azərbaycanlılar isə gülməyini saxlaya bilmir.
Səbəb isə ələ keçirilmiş və vurulmuş erməni texnikaları ilə, habelə növbəti taktiki geri çəkilməsindən sonra erməni “Müharibə Tanrıları”nı əks etdirən gülməli manekenlərin olduğu Qənimət Parkının açılışıdır.
Bu arada regionda park ətrafında yaradılan məlumat hay-küyündən daha ciddi hadisələr baş verir.
“Caliber” “Youtube” layihəsinin süjetində Qarabağ ətrafında baş verən son günlərin hadisələri ətraflı araşdırılır.
“İstənilən ssenari üçün İlham Əliyevin bir neçə gedişi qabaqcadan hesablayan təcrübəli şahmatçı kimi dəqiq planı var.
Əlbəttə ki, Bakı regionda sülh və əməkdaşlıq istəyir, kommunikasiyaların blokadadan çıxarılmasının tərəfdarıdır.
Ancaq İlham Əliyev üçün sülh qalib ölkənin sadəlövh səxavətlə öz milli maraqlarından məğlub düşmənin xeyrinə qurban verə biləcəyi məqsəd deyil. Real siyasətdə milli maraqlar mümkün qədər sərt şəkildə müdafiə edilməlidir.
Azərbaycanın hədəfi tamamilə aydın göstərilib - bütün Qarabağ ərazisinin inteqrasiyası, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında silahlı quldurların tərksilah edilməsi və Laçın dəhlizi üzərində effektiv nəzarət. Bu məqsədə də çatacağıq”, - deyə süjetdə deyilir.
Daha ətraflı “Caliber”in videosunda:
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...