Bu ölkədən Ukraynaya yarım milyardlıq daha bir yardım
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiya hökuməti Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketi elan edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, vəsait minaların təmizlənməsi və infrastrukturun bərpasına sərf olunacaq.
Bundan əlavə, Yaponiya Ukraynanın enerji sisteminin bərpasına kömək edəcək.
Qeyd edək ki, fevral ayında Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya 5,5 milyard dollar yeni maliyyə yardımı təklif edəcəyini bildirmişdi. Bundan əvvəl Yaponiya Ukraynaya 600 milyon dollar maliyyə dəstəyi ilə yanaşı, yüz milyonlarla dollar təcili humanitar yardım göstərmişdi.
Oxşar xəbərlər
Yaponiyanın Baş naziri Kiyevə gedib - FOTO/VİDEO
Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə qeyri-rəsmi səfər edib. BAKU.WS xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb. Bildirilib ki, Baş nazir prez...