Yaponiyanın Baş naziri Kiyevə gedib - FOTO/VİDEO

Yaponiyanın Baş naziri Kiyevə gedib - FOTO/VİDEO
Video
Siyasət 32

Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə qeyri-rəsmi səfər edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.

Bildirilib ki, Baş nazir prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya gedib.

Səfər Baş nazir Ukraynaya gələnə qədər gizli saxlanılıb. Bundan əvvəl Kişida Yeni Delhidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Kişida ilə Zelenskinin görüşü barədə martın 21-də məlum olub.

Məlumat üçün bildirək ki, müharibə başlayandan bəri Yaponiya Baş nazirinin Ukraynaya ilk səfəridir.

Son xəbərlər