Bu ölkədə hökumət isti havada işləməyi qadağan edir

Bu ölkədə hökumət isti havada işləməyi qadağan edir
Siyasət 165

İspaniya hökuməti həddindən artıq istidə açıq havada işləməyi qadağan edəcək.

BAKU.WS İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu İspaniyanın baş nazirinin müavini və əmək naziri Yolanda Diaz deyib.

“Şirkətlərin əməl etməli olduğu müəyyən tədbirləri əmək qanunvericiliyinə tam şəkildə daxil etmək üçün bəzi hüquqi dəyişikliklər edəcəyik. Onlardan biri hava şəraitinə uyğun olaraq iş saatlarının uyğunlaşdırılması olacaq”, - deyə nazir bildirib.

Diaz həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqlar (narıncı və qırmızı həyəcan) zamanı işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağan edəcək təcrübələr tətbiq edəcəklərinivurğulayıb.

Ölkədəki quraqlıq problemini həll etmək üçün sol koalisiya hökumətinin sabah keçirəcəyi fövqəladə Nazirlər Şurasının iclasında bu məsələnin də müzakirə ediləcəyini qeyd edən Diaz, insanların iqlim dəyişikliyi ilə mübarizə üçün iş standartlarını da dəyişdirməli olduqlarını deyib.

Oxşar xəbərlər

Avropa paytaxtlarında etiraz və xaos: Fransa liderdir

Avropa paytaxtlarında etiraz və xaos: Fransa liderdir

Avropa ölkələrində artan yaşayış xərcləri qarşısında maaşların artırılması, iş və təqaüd şəraitinin yaxşılaşdırılması, dövlət xidmətlərindən istifadənin asanlaş...

85 Siyasət 16:24 01 may 2023

Son xəbərlər