Bu ölkə Kiyevdəki səfirliyini yenidən açır

19
apr
2022
22:33
Rumıniya hakimiyyəti ölkənin Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib.
"Səfirliyin fəaliyyəti lazımi texniki hazırlıqlar və təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra ən qısa zamanda bərpa olunacaq", - nazir qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyi xəbər verir ki, indiyədək Kiyevdə 17 diplomatik nümayəndəlik öz işini bərpa edib.
Oxşar xəbərlər
Daha bir ölkə səfirliyi Kiyevdə işini bərpa edir
Moldova səfirliyi Lvovda bir neçə həftə qaldıqdan sonra Ukraynanın paytaxtında fəaliyyətini bərpa edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Uk...
