Qazaxıstanda təlim zamanı faciə: 9 hərbçi həlak oldu, 10 nəfər axtarılır
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində keçirilən təlim zamanı 19 hərbçini güclü su axını aparıb. Hadisə nəticəsində 9 hərbçinin öldüyü açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 24-də hərbçilərin təlim-döyüş tapşırığını yerinə yetirdiyi vaxt baş verib. Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.
Hazırda digər hərbçilərin axtarışı davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Hərbi Dəniz Qüvvələrinin bölmələri, aviasiya və digər xidmətlərin qüvvələri cəlb olunub.
Hadisənin səbəbləri və digər hallar araşdırılır.
Oxşar xəbərlər
Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər
Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının Əbuqeyq şəhərində "Saudi Aramco" şirkətinə məxsus obyektlərə zərbə endirdiklərini açıqlayıblar...