Azərbaycanlı tələbə Kiyevdəki vəziyyətdən danışdı - VİDEO

“Bu gün Kiyevdə səhər saat 5 radələrində partlayış səsinə oyandıq. Hazırda havada Ukraynanın hərbi təyyarələri uçur”.
Bu sözləri Kiyevdə yaşayan azərbaycanlı tələbə Səttarova Möminə Xatun BAKU.WS-ə bildirib. O bildirib ki, hazırda şəhərdə gərginlik yaşanır.
“Küçələrdən hərbi avtomobillər keçir. Mağazalarda gündəlik tələbat üçün lazım olan ərzaqların qıtlığı müşahidə olunur”, - deyə Möminə Xatun bildirib.
Həmyerlimizin sözlərinə görə, hazırda Ukraynada azərbaycanlı tələbələr çoxdur:“Kiyevdə Azərbaycan vətəndaşları, tələbələr təhlükəsiz yerlərə, evlərə sığınmışıq. Burada çox sayda azərbaycanlı tələbələr var”.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...
