Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Bakıda metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirib. Layihə xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir.
Qalereya
Oxşar xəbərlər
Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər"
Abşeron rayonunun Hökməli qəsəbəsi, Koroğlu küçəsi, "Döngə 2" adlanan ünvanda kanalizasiya problemi sakinləri təngə gətirib. BAKU.WS Baku TV-yə istinadən xəbər...