Daha bir ölkə 10 rus diplomatını persona non-qrata elan etdi

Daha bir ölkə 10 rus diplomatını persona non-qrata elan etdi
Siyasət 70

Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non-qrata elan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin öz saytında dərc olunmuş bəyanatında deyilir.

“Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyətinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu hesab edərək, ölkə ərazisində persona non qrata elan etmək qərarına gəlib”, - məlumatda deyilir.

Rumıniya Xarici İşlər Nazirliyi qeyd edib ki, artıq rusiyalı diplomatlar bu qərarla bağlı məlumatlandırılıblar.

Son xəbərlər