İki Avropa ölkəsinin ərazisindən çıxardığı rus diplomatlarının sayı 75-ə çatdı - YENİLƏNİB
Fransa Rusiyanın bir neçə diplomatını ölkədən xaric edəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "France-Presse" Fransa XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
"Fransa fəaliyyətləri maraqlarımıza zidd olan çox sayda rus diplomatı ölkədən çıxaracaq", -mənbə bildirib.
Diplomatik mənbə bildirib ki, Fransa Rusiyanın 35 diplomatını xaric edəcək. Məqsəd Fransa və bütünlükdə Avropanın təhlükəsizliyini təmin etməkdir.
***
21.08
Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 40 əməkdaşını persona non-qrata elan edib.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi brifinqdə bildirib.
"Onların işi bizim müdafiəmizi istəyənlər üçün təhlükədir. Biz buna dözməyəcəyik", - Burbok qeyd edib.
Burbok bildirib ki, Rusiya səfiri qərarla bağlı məlumatlandırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, 40 rus diplomatının Almaniyadan çıxarılması cavabsız qalmayacaq.
Oxşar xəbərlər
Almaniya "Taliban"la danışıqlar aparmaq üçün diplomatını göndərir
Almaniya hökuməti "Taliban"la münasibətlərini dəyişməyi planlaşdırır və yaxın günlərdə bu məqsədlə diplomat Markus Potzeli Əfqanıstana göndərəcək. BAKU.WS "repo...