Bakıda dövlət qurumunun binası yenidən qurulacaq - 8,9 milyon manat ayrılıb
Bakının Nərimanov rayonunda yerləşən dövlət qurumlarından birinin inzibati binasında genişmiqyaslı təmir və yenidənqurma işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, söhbət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən inzibati binasından gedir.
İşlərin ehtimal olunan qiyməti 8 milyon 938 min manat müəyyənləşdirilib.
Layihə yalnız binanın daxili görünüşünün yenilənməsini nəzərdə tutmur. İşlər çərçivəsində binanın konstruktiv elementlərinin, o cümlədən bünövrə və zirzəmi divarlarının gücləndirilməsi də planlaşdırılır.
Oxşar xəbərlər
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
Rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişinin oktyabrın 20-dən ödənilməsi nəzərdə tutulub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu...