Ürəyi qoruyan təbii "möcüzə": Alimlər narda gizli maddə aşkarladı
Narın orqanizm üçün faydaları ilə bağlı daha bir maraqlı elmi nəticə ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, alimlər narın tərkibindəki maddələrdən orqanizmdə yaranan urolitin A birləşməsinin ürək çatışmazlığında faydalı təsir göstərə biləcəyini müəyyən ediblər.
London Kral Kollecinin alimləri tərəfindən aparılan araşdırmada urolitin A verilən siçanlarda ürəyin bəzi funksional göstəricilərinin 80 faizə qədər yaxşılaşdığı müşahidə olunub. Maddənin ürəkdə çapıq toxumasının yaranmasını azaltdığı və ürək əzələsinin daha yaxşı boşalmasına kömək etdiyi müəyyənləşdirilib.
Laboratoriyada insan ürək toxuması üzərində aparılan sınaqlar da oxşar nəticə göstərib.
Lakin alimlər vurğulayırlar ki, bu nəticələr narın ürək çatışmazlığını müalicə etdiyini göstərmir. Maddənin insanlarda effektivliyi və təhlükəsizliyi üçün əlavə klinik araşdırmalara ehtiyac var.
Oxşar xəbərlər
Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir
Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. "Azercell" mobil tətbiqində istifadəyə verilən yeni "Oyun Portalı" müxtəlif oyun, turnir v...