Kiyevdə bir Azərbaycan vətəndaşı saxlanılıb, digəri isə itkin düşüb
Ukraynada Kiyevin-Jitomir trasında fevralın 28-də axşam saatlarında Ukrayna hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Manafov Ruslan saxlanılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, 30-35 yaşlarında olan Azərbaycan vətəndaşının hazırda harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.
Dünən həmçinin Kiyevdə daha bir Azərbaycan vətəndaşı evindən çıxıb, lakin geri qayıtmayıb. Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına bu günlərdə evdən bayıra çıxmamaq tövsiyə olunur.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi dünən Kiyevdə tətbiq edilən komendant saatı ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə qeyd olunur ki, komendant saatı zamanı piyada gəzmək qəti qadağandır.
“Kiyevdə komendant saatı saat 20:00-dan 07:00-dək davam edəcək. Bu zaman yalnız Kiyev şəhərinin Hərbi Komendantının yeni tipli xüsusi buraxılışına malik olanlar şəhər ətrafında hərəkət edə bilər. Əvvəllər verilmiş buraxılışlar ləğv edilir. Biletlər yalnız nəqliyyat üçün verilir. Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır! Komendant saatı zamanı xüsusi buraxılış olmadan küçədə olacaq mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”, - müraciətdə deyilir.
Oxşar xəbərlər
Ukraynada öldürülən azərbaycanlılar - Dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
Ukraynada 4 Azərbaycan vətəndaşı həlak olub. Onlardan biri Xarkov şəhərində, digər üçü isə Moldova istiqamətinə gedərkən atəşə tutulublar. Ölkəmizin Ukraynadakı...