Kiyevdə komendant saatı daha iki gün uzadılıb
Kiyevdə komendant saatı fevralın 26-sı saat 17.00-dan fevralın 28-i saat 08.00-dək tətbiq ediləcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.
“Paytaxtın daha effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün bu gündən komendant saatı tətbiq olunacaq”, - o bildirib.
V.Kliçkonun sözlərinə görə, komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq: “Sizdən xahiş edirəm ki, vəziyyətə anlayışla yanaşasınız və küçələrə çıxmayasınız”.
Qeyd edək ki, daha öncə Kiyevdə komendant saatı fevralın 24-ü saat 22.00-dan 07.00-dək davam edib.
Oxşar xəbərlər
Kliçko: "Kiyevdə rus qoşunu yoxdur"
"Hazırda Kiyev şəhərində rus qoşunu yoxdur" BAKU.WS xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib. Həmçinin mer bildirib ki, şəhərdə yalnız d...