Bu müqavilə ilə ABŞ-Çin ticarət müharibəsi başa çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və Çin arasında ticarət müqaviləsi imzalanıb.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Ağ Evdə təşkil edilən mərasimdə müqaviləni ABŞ Prezidenti Donald Trampla Çinin Baş Nazirinin müavini Lie He imzalayıb.
Razılaşmaya əsasən iki ölkənin bir-birindən idxal etdiyi məhsullara qoyulan əlavə vergilər mərhələli şəkildə endiriləcək.
Tramp müqavilənin iki ölkə arasında dönüş nöqtəsi olduğunu bildirib.
O, yaxın vaxtlarda Çinə səfər edəcəyini də deyib.
Qeyd edək ki, iki ölkə arasında 2018-ci ilin martından etibarən gərginlik yaşanmaqdadır. Trampın Çindən idxal edilən bəzi məhsullara əlavə vergilər təyin etməsindən sonra Çin də eyni cavabı vermişdi.
Oxşar xəbərlər
Tramp Çinə ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılaşma imzalayıb
ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Çinə səfər etməyi planlaşdırır. BAKU.WS xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə Çin...