Tramp Çinə ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılaşma imzalayıb
ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Çinə səfər etməyi planlaşdırır.
BAKU.WS xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə Çinlə ticarət sazişinin birinci hissəsinin imzalanması mərasimində çıxışı zamanı məlumat verib. “Mən yaxın gələcəkdə Çinə gedəcəyəm”, - deyə ABŞ Prezidenti bildirib.
Saziş haqqında danışan Donald Tramp onu tarixi sənəd adlandırıb. Əminliklə vurğulayıb ki, bu saziş keçmişin çatışmazlıqlarını aradan qaldıracaq, gələcəkdə iqtisadi ədaləti və amerikalı fəhlələr, fermerlər və ailələr üçün təhlükəsizliyi təmin edəcək.
Sazişin detalları hələ də açıqlanmayıb. Ağ evin Milli iqtisadi şurasının rəhbəri Lourens Kudlou bir qədər əvvəl bildirmişdi ki, ABŞ Pekinin ticarət sazişinin birinci fazasında müəyyən olunmuş öhdəliklərə sadiq qaldığına əmin olmaq üçün Cinin bəzi mallarına rüsumları saxlayacaq. Həmçinin ABŞ-ın maliyyə naziri Stiven Mnuçin məlumat vermişdi ki, sazişin ikinci fazası imzalanana qədər Cin mallarına rüsumlar qüvvədə qalacaq.
Oxşar xəbərlər
Tramp: "İranın raket hücumları zamanı heç bir amerikalı və iraqlı xəsarət almayıb"
ABŞ İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək. BAKU.WS-in məlumatına görə, bu barədə Donald Tramp ABŞ-ın İraqdakı hərbi bazalarının İran tərəfindən ra...