Bu gün Xarkovdan Polşaya daha 200-dək azərbaycanlının təxliyyəsi planlaşdırılır
“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 150-200-ə yaxın azərbaycanlının təxliyyə edilməsi planlaşdırılır”.
Bunu “Report”a açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
Onun sözlərinə görə, dünən Ukrayna-Polşa sərhədini təxminən 100 nəfər keçib: “Ümumilikdə, Polşaya təxliyyə olunan azərbaycanlıların sayı 700-ə yaxınlaşıb. Hələ sərhəddə xeyli sayda vətəndaşlarımız var ki, onlar da Polşaya təxliyyə olunmağı gözləyir. Dünən aldığım məlumata görə 200-ə yaxın azərbaycanlı Lvova tərəf gəlib. Onların neçəsinin sərhədi keçə biləcəyi barədə isə dəqiq məlumat yoxdur. Çünki sərhəddə insanların sayı kifayət qədər çoxdur”.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından martın 4-dək quru yolla Polşa Respublikasına 770 nəfər vətəndaşımız daxil olub.
Oxşar xəbərlər
Ukraynadan təxliyyə olunan azərbaycanlıların sayı açıqlanıb
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macar...