Bu gün Beynəlxalq Gözəllik Günüdür

Bu gün Beynəlxalq Gözəllik Günüdür
Siyasət 4

Hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.

BAKU.WS xəbər verir ki, bu bayram ilk dəfə 1995-ci ildə Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) tərəfindən keçirilib.

Həmin ildən başlayaraq hər il sentyabrın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir. Məhz həmin gün bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.

Sözügedən müsabiqələrdə iştirak edən zərif cinsin nümayəndələrinin heç də hamısı klassik sayılan 90-60-90 parametrlərinə uyğun olmur. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.

Xatırladaq ki, müasir dünyanın ilk gözəllik müsabiqəsi 1888-ci il sentyabrın 19-da Belçikada "Concours de Beaute" adı altında 350 namizədlə keçirilib və 18 yaşlı Berta Soucaret ilk gözəllik kraliçası elan edilib, ilk "Dünya Gözəllik Kraliçası" müsabiqəsi isə 1951-ci il aprelin 19-da London festivalı çərçivəsində keçirilib.

Son xəbərlər