Rusiyada qırmızı buz müşahidə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər Rusiyada, Primorsk sularında buzun qırmızıya çevrilməsi fenomenini müşahidə ediblər.
BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hadisəyə sahil kənarında yaşayan kiçik xərçəngkimilər səbəb olur.
Bioloqlar izah ediblər ki, bədənlərində karotenoid piqmenti olan Neocalanus, Pseudocalanus, Metridia və Microcalanus cinslərinin minlərlə zooplankton nümayəndəsi buzda donub qalıb.
Qeyd olunur ki, eyniadlı körfəzdə yerləşən "Vostok" Dəniz Bioloji Stansiyasının ərazisində də buzlar rəngini dəyişib.
Alimlərin fikrincə, buzun rənglənməsi halları demək olar ki, hər il qeydə alınır, rəng adətən yaşıl və ya qəhvəyi rəngə dəyişir. Səbəb adətən mikroyosunlardır - yosunlar (Pseudohaptolina), yaşıl yosunlar (Chlamidomonas), dinoflagellatlar (Noctiluca) və s.
Oxşar xəbərlər
- 70 dərəcədə yaşanan həyat - VİDEO
Antarktidada Rusiyanın "Vostok" stansiyasında yeni qışlama kompleksi istifadəyə verilib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, kompleksin istifadəy...