Britaniya ŞOK-da: Kraliça Elizabeth ölümlə təhdid edildi - VİDEO

Britaniya ŞOK-da: Kraliça Elizabeth ölümlə təhdid edildi - VİDEO
Video
Siyasət 279

Kraliça II Elizabethi öldürmək üçün "Windsor" qalasına girməyə çalışan arbaletli qatilin videosu ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Məlumata görə, sarayın mühafizə xidmətinin sayıqlığı nəticəsində maskalı şəxs ələ keçib.

Sui-qəsdçinin hərəkətə keçməzdən əvvəl yaydığı video sosial mediada yayılıb və görüntülərdə "Etdiklərim və edəcəyim işlərə görə üzr istəyirəm, peşmanam. Kraliça II Elizabethi öldürməyə çalışacağam. Mən bunu 1919-cu ildə Amritsar soyqırımında ölənlərin qisasını almaq üçün edəcəyəm”, - deyə bildirdiyi öz əksini tapıb.

Hadisədən əvvəl "Snapchat"da paylaşılan videoda maskalı və arbaletli şəxs səsini xüsusi proqramlarla gizlədərək müraciət edib.

Qeyd edək ki, kraliçaya sui-qəsd planlaşdıran 19 yaşlı Jaswant Singh Chail adlı şəxs olub. Videoda müraciəti zamanı daha sonra bunları deyib: "Mən hindistanlı siqhəm və irqlərinə görə öldürülən, alçaldılan və ayrı-seçkiliyə məruz qalanların qisasını almaq üçün bunu edəcəyəm".

Son xəbərlər