Bred Pittin 15 yaşlı qızı "Pitt" soyadından imtina etdi - FOTO

Ancelina Colinin 15 yaşlı qızı Vivienne atası Bred Pittin soyadından imtina edib.
BAKU.WS xəbər verir ki, bacısı Zaharadan sonra o da, atasının soyadını istifadə etməyəcək.

O Ancelina Colinin prodüseri olduğu "The Outsiders" adlı musiqili tamaşada sadəcə anasının soyadından istifadə edib.
2016-cı ildə ayrılan Hollivud cütlüyü "Brancelina"nın 6 övladı var. Onlar "Coli-Pitt" soyadını daşıyırlar. Lakin qızları Vivienne artıq bu soyadın birini "Coli"ni yazdırır.

Onun soyadını rəsmi olaraq dəyişdirib-dəyişdirmədiyi hələ ki, bəlli deyil.
Xatırladaq ki, Ancelina Colinin 19 yaşlı qızı Zahara da buna bənzər addım ataraq atası Berdin soyadından imtina etmişdi.

Oxşar xəbərlər
Ancelina və Bred arasında mülk davası yenidən alovlandı - FOTO
Hollivudun keçmiş cütlüyü Ancelina Coli və Bred Pitt arasndakı gərginlik davam edir. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ayrılıq sonrası uşaqlarının...
