Braziliyada üç günlük matəm elan edilib
10
avq
2024
10:15
Braziliyanın San-Paulu ştatının Vinhedo bölgəsində baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva öz şəxsi "X" səhifəsində məlumat verib.
"Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik", - deyə o yazıb.
Xatırladaq ki, ötən gün Voepass aviaşirkətinə məxsus ATR-72 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 57 sərnişin və 4 ekipaj üzvü həlak olub.
Oxşar xəbərlər
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmağının zəruri olduğunu deyib. BAKU.WS report-a istinadən xəbər verir ki,...