Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
09
may
2024
17:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmağının zəruri olduğunu deyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə Braziliya Prezidenti Luiz İnakio Lula da Silva ( Luiz İnacio Lula da Silva) ilə telefon danışığında bildirib.
R.T.Ərdoğan Ankaranın Rusiya ilə Ukrayna arasında davam edən müharibəni yaxından izlədiyini diqqətə çatdırıb.
O, Moskva və Kiyevi danışıqlar masasına qayıtmağa, hüquqa uyğun, ədalətli sülhün bərqərar olması üçün səy göstərməyə çağırıb.
Oxşar xəbərlər
Ukrayna və Qərbin Azərbaycana qarşı hibrid əməliyyatı - FOTO
Rusiya-Ukrayna müharibəsi, daha doğrusu, Rusiya ilə Qərb arasında qlobal qarşıdurma təkcə döyüş meydanlarında deyil, həm də informasiya müstəvisində gedir. Bura...