İbrahim Tatlısəs oğlunu məhkəməyə verdi

06
yan
2024
11:54
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs oğlu Əhməd Tatlısəsi məhkəməyə verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Əhmədin “Tatlıses” brendindən icazəsiz istifadə etməsi olub.
Belə ki, İbrahim Tatlısəsin oğlu Əhməd “Tatlıses Kebap” adlı məkan açıb.
Sənətçi məhkəməyə müraciətində oğlunun istehlakçını yanıltdığını və haqsız rəqabət təmin etməyə çalışdığını iddia edib.
Qeyd edək ki, İbrahim Tatlısəs daha əvvəl də oğlunun onu təhdid etdiyini iddia edərək Əhməd Talısəsdən şikayətçi olmuşdu.
Oxşar xəbərlər
İbrahim Tatlısəsın səhhəti ilə bağlı YENİ MƏLUMAT - VİDEO - YENİLƏNİB
Türkiyəli sənətçi İbrahim Tatlısəs dərəyə düşən avtomobilindən çıxarılıb. BAKU.WS xəbər verir ki, avtomobildən çıxarılan Tatlısəsin səhhətinin yaxşı olduğu açıq...