Boris Consona "AstraZeneca"nın ilk dozasını vurdular - FOTO

Boris Consona AstraZenecanın ilk dozasını vurdular - FOTO
Foto
Siyasət 161

Böyük Britaniyanın baş naziri Boris Conson keçən il koronavirusa yoluxarkən müalicə aldığı "Thomas" xəstəxanasında "AstraZeneca" peyvəndinin ilk dozasını qəbul edib.

BAKU.WS "Guardian"a istinadən xəbər verir ki, vaksindən dərhal sonra baş barmağı ilə "əla" işarəsi verən nazir bunları əlavə edib:

"Həqiqətən heç nə hiss eləmədim, çox tez və yaxşı oldu. Peyvənd vurdurmaqla bağlı xəbərdarlıq alan hər kəs xahiş edirəm vaksinasiya olunsun. Bu, sizin, ailəniz və hər kəs üçün ən yaxşısıdır. Yalnız məni dinləməyin, alimləri eşidin".

Son xəbərlər