“AstraZeneca” çexləri peyvəndsiz qoyacaq, tədarük 40% azaldılır

“AstraZeneca” çexləri peyvəndsiz qoyacaq, tədarük 40% azaldılır
Siyasət 239

“AstraZeneca” şirkəti Çex Respublikasına koronavirus peyvəndinin tədarükünü 40% azaldır.

BAKU.WS “Tass” agentliyinə istinadən xəbər verir ki, gələn həftə ərzində ölkəyə razılşadırılmış 16,8 min doza peyvənd əvəzinə 9,6 min “AstraZeneca” peyvəndi, 22-28 mart tarixlərində isə 88 min doza əvəzinə 10,8 min doza peyvənd tədarük olunacaq.

Çex Respublikasına “AstraZeneca” ilə yanaşı, ABŞ-ın “Pfize” və “Moderna”, Almaniyanın “BioNTech” peyvəndləri tədarük olunur.

Qeyd edək ki,“AstraZeneca” şirkəti cari ilin I və II rübündə AB ölkələrinə peyvənd tədarükünün 73% azalacağını açıqlamışdı.

Son xəbərlər