Britaniya və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib

Böyük Britaniya və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Moderna” peyvəndi Britaniyada istifadəsinə icazə verilən üçüncü peyvənddir.
Britaniya hökuməti əlavə olaraq bu peyvənddən 10 milyon doza sifariş edib. Daha öncə Britaniya 7 milyon doza sifariş etmişdi. Növbəti dozanın isə martadək Britaniyaya çatdırılacağı gözlənilir.
Fransanın Dərmanlara Nəzarət Agentliyi də “Moderna”nın istifadəsini təsdiqləyib. Bildirilib ki, qarşıdakı günlərdə “Moderna” peyvəndinin ilk dozası Fransaya gətiriləcək.
Qeyd edək ki, “Moderna” peyvəndi klinik sınaqlarda 94 faiz effektivlik göstərib.
Oxşar xəbərlər
İran Britaniyaya nota verib
İran Böyük Britaniyaya nota verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağrılıb. Səfirə diplo...
