Blinken: "İsraildə ABŞ-ın 22 vətəndaşı öldürülüb"
İsraildə ABŞ-ın 22 vətəndaşı öldürülüb.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İsrailə qarşı terror hücumları dəhşətlidir və dünya gördüklərinə hiddətlənməlidir. Vəziyyəti yaxından izləməyə davam edərkən, təəssüf hissi ilə indi bilirik ki, ABŞ-ın azı 22 vətəndaşı öldürülüb, HƏMAS-ın girov götürdükləri arasında ABŞ vətəndaşları da var”, - ABŞ dövlət katibi sosial şəbəkə hesabında yazıb.
Daha əvvəl bildirilirdi ki, Antoni Blinken bugünlərdə İsrailə səfər edəcək. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.
Oxşar xəbərlər
Blinken İsrailə səfər edəcək
ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 12-də İsrailə səfər edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə b...