Birol: COP29 metan emissiyaları ilə bağlı problemin həllinə təkan verəcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) metan emissiyaları probleminin həllinə təkan verəcək.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən COP29-un prezidenti Muxtar Babayevin iştirakı ilə bu gün səhər yüksək profilli tədbirin metanla bağlı öhdəliklərin həyata keçirilməsinə həsr olunmuş iclasının açılışına qatılmaqdan məmnunam.
Biz hökumət və sənaye təşəbbüslərinin metan emissiyaları probleminin həllinə göstərdiyi kömək və COP29-un buna əlavə təkan verə biləcəyi ilə bağlı səmərəli müzakirələr apardıq", - o bildirib.
Oxşar xəbərlər
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
BMT son illər dünyada baş verən müharibə və qiyamların həlli üçün ortaya uğurlu iş qoya bilməyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türk Dövlətlə...