Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
08
noy
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasına səfərə gəlib.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.
Qalereya
Oxşar xəbərlər
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
Bu gün Şuşaya gedən və Azərbaycan xalqının tarixi Qələbəsinin rəmzlərindən birinə çevrilən Zəfər yolunun istifadəyə verilməsindən 5 il ötür. BAKU.WS xəbər verir...