Bin Ladenin qohumu Şahzadə Çarlz Fonduna 1 milyon funt sterlinq ianə verib
Böyük Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlzın xeyriyyə fondu “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladeninin qohumlarından 1 milyon funt sterlinq alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Nəşr qeyd edib ki, 2013-cü ildə Çarlz Londondakı iqamətgahında “Binladin” iri tikinti şirkətinə rəhbərlik edən iş adamı Bəkr bin Ladenlə şəxsən görüşüb.
Şahzadənin məsləhətçiləri onu Üsamə bin Ladeninin ögey qardaşının ianələrindən imtina etməyə çağırsalar da, kraliça II Yelizavetanın böyük oğlu bu tövsiyələrə məhəl qoymayıb.
Şahzadə Çarlz Xeyriyyə Fondunun rəhbəri Yen Çeşir iddia edir ki, bin Laden ailəsindən ianələrin alınmasına razılıq təşkilatın beş qəyyumu tərəfindən tam təsdiqlənib.
Oxşar xəbərlər
Bin Laden Obamanı öldürmək istəyib - Baydeni prezident etmək üçün
"Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Üsamə bin Laden Barak Obama ABŞ prezidenti olarkən ona qarşı sui-qəsd planı hazırlayıb. BAKU.WS xəbər verir ki, bu...