Beynəlxalq Parlament Konfransı iştirakçıları ilk olaraq Füzuli rayonunu ziyarət ediblər
Beynəlxalq Parlament Konfransının (BPK) iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində ilk olaraq Füzuli rayonunda olublar.
"Report"un Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, sonra Füzuli şəhərinə gəliblər.
Onlara 30 illik işğal zamanı Ermənistanın Füzuli rayonunda törətdiyi dağıntılar, vandalizm aktları, işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.
Nümayəndə heyəti sonra Şuşaya yola düşüb. Onları Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət edirlər.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin Gəncədəki Baş Konsulluğunda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb. Baş K...