Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə yanvarın 11-də mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.
MSK sədri bildirib ki, media nümayəndələrinin bilavasitə iştirakı ilə çap prosesinə baxış zamanı bildirib ki, vətəndaşların konstitusion hüquqlarının realizə olunmasındakı mühüm rolu nəzərə alınaraq qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada seçki bülletenlərinin çapı başa çatdırılmalı, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmalıdır.
M.Pənahov həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib.
MSK sədri seçki bülletenlərinin çap prosesi ilə tanışlıqdan sonra jurnalistlər üçün brifinq də keçirib.
O həm çap prosesi, həm də ümumilikdə bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə danışaraq qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkiləri ilə əlaqədar 6 milyon 52 min 721 seçki bülleteninin çap olunmasına qərar verilib".
M.Pənahov vurğulayıb ki, artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə yekunlaşmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb və seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, ardınca dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
O eyni zamanda söyləyib ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərtilə maraqlı subyektlər üçün tam açıq və şəffaf həyata keçirilir.
M.Pənahov brifinqin sonunda jurnalistlərin suallarını da ətraflı cavablandırıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub
Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, diplomatın...