Belarus XİN Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət bildirib
13
sen
2022
20:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bəyanatda rəsmi Minsk tərəfləri təmkinli olmağa çağırır.
Qeyd olunur ki, Belarus sərhəddəki durumu narahatlıqla izləyir.
“İstənilən münaqilə yalnız siyasi və diplomatik vasitələrlə həll edilə bilər və həll edilməlidir. Belarus Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasına töhfə verməkdə davam edəcək”, - bəyanatda bildirilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...