Belarus, Rusiya, Tacikistan və Vyetnam vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Belarus, Rusiya, Tacikistan və Vyetnamdan daha bir qrup şəxs Azərbaycana təxliyə olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlər arasında diplomatik korpusların nümayəndələri və onların ailə üzvləri, həmçinin İranda müxtəlif sahələrdə çalışan şəxslər olub.
Ötən 5 gün ərzində "Astara" sərhəd-keçid məntəqəsindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın xeyli sayda vətəndaşları eləcə də qismən ABŞ, İspaniya, Portuqaliya, Finlandiya, Filippin vətəndaşları Azərbaycana təxliyə olunublar.
Təxliyə olunan ən böyük qrup isə İranda bir aydır film çəkilişi aparan Rusiyanın incəsənət ustalarıdır.
Ötən gün axşam təxliyə edilənlər arasında əslən Cənubi Azərbaycanın Ərdəbil vilayətindən olan İtaliya vətəndaşı, xalçaçı-alim Tahir Sepahi də olub. O, Azərbaycana ailəsi ilə birlikdə gəlib. Alimin sözlərinə görə, hazırda İtaliyada yaşayır.
Təxliyə gecə saatlarında da davam edir. Təxliyə olunan xarici ölkə vətəndaşları avtobuslarla hava limanına yola salınır.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək. BAKU.WS xəbər verir ki, dövlət başçısı bunu...