Belarus hərbi aerodromunda partlayışlar: Rusiya təyyarəsi zədələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 26-da Minsk yaxınlığında yerləşən Maçulişi hərbi aerodromunda bir neçə partlayış baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Belarusun paytaxtından 12 km aralıda yerləşən hava limanında baş vermiş insident nəticəsində Rusiyanın hərbi nəqliyyat təyyarəsi və qartəmizləyən maşınlar sıradan çıxıb.
Əraziyə çoxsayda hərbi qulluqçular və polis cəlb olunub. Məlumata görə, onlar bütün yoldan keçən avtomobilləri yoxlayırlar.
Qeyd edək ki, məhz bu aerodromdan Rusiyanın MiQ təyyarələri tez-tez havaya qalxaraq Ukrayna ərazilərini bombalayır.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...