Rusiya Belarusu müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə təxribat törətdi
11
mar
2022
18:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.
Məlumata görə, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.
"Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir", - məlumatda deyilir.
Oxşar xəbərlər
Ukrayna hərbçiləri 5 yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib. BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukraynanın “Şimal” operativ k...